Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni Yasamalın bu ərazisində ağaclar kəsildi: Yerində ticarət mərkəzi tikiləcək  - Video

Xəbər verdiyimiz kimi, Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində, Əsəd Əhmədov küçəsi 45a ünvanında yaşıllıqlar məhv edilərək, yerində köşklər qoyulur, yeni tikililər salınır...

Qaynarinfo-nun məlumatına görə, dünən gecə isə növbəti hədəf 4b ünvanı olub. Həmin ünvanla üzbə-üz küçədə piyada səkisinin yaxınlığında hündür ağac kəsilib.

İnsanların diqqətini başqa yerə çəkmək üçün həmin ağacın qırıntılarını sözügedən əraziyə yığaraq, kol-kos görüntüsü yaradıblar.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, hazırda araşdırma aparılır. Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən zənglərimizə cavab verən olmayıb.

Əldə etdiyimiz məlumata görə, sözügedən ərazidə iri ticarət mərkəzinin tikintisi məqsədilə yaşıllıqlar məhv edilib. Ərazidə illər əvvəl 10-dan artıq ağac var idisə, hazırda 1 ağac qalıb. Bu isə ətrafda yaşayan insanların haqlı narazılığına səbəb olub.

Qeyd edək ki, bir neçə ay əvvəl Yeni Yasamalda 77 nömrəli avtobus dayanacağının yanında, daha doğrusu Əsəd Əhmədov 45a ünvanında yaşılıqlar məhv edilərək, yerində bir mərtəbəli obyekt tikilib. Məsələ ilə bağlı müvafiq qurumlar hələ də tədbir görməyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

ABŞ prezidentliyinə namizəd Kamalla Harris kimdir?

Bakıda azyaşlını girov götürüb öldürməklə hədələyən şəxs zərərsizləşdirilib

43 il əvvəl rekord qıran “Əsrin toyu”... - Fotolar

İş adamından baş prokurora müraciət - Məhkəmə qərarlarında qoyulmuş tələblər təmin edilmir

Rusiya məhkəməsi Aleksey Navalnı ilə bağlı qərar verib

Ən çox oxunanalar